Dünya
Netanyahudan Putinə: “Bu ərazilər İsrailindir”
“Colan Təpələri İsrailin nəzarəti altında qalacaq”.
Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu İsrailin baş naziri Benyamin Netanyahu Kremldə Rusiya prezidenti Vladimir Putinlə görüşdə deyib.
"Biz o günlərə qayıda bilmərik ki, İsrail ərazisi Colan Təpələrindən atəşə tutulsun. Buna görə də ya müqavilə çərçivəsində, ya da müqaviləsiz Colan Təpələri İsrailin suveren ərazisi kimi qalacaq”.
Xatırladaq ki, İsrailin baş naziri Benyamin Netanyahu hökumətin yaranmasının birinci ildönümü ilə bağlı aprelin 18-də keçirdiyi dünənki tədbirdə beynəlxalq cəmiyyətin İsrailin Colan Təpələri üzərindəki suverenliyini tanımalı olduğunu deyib.
İsrailin hökumət başçısının bəyanatları Dəməşqin sərt reaksiyası ilə qarşılaşıb. Suriya xarici işlər nazirinin müavini Feysal Mekdad vurğulayıb ki, ölkəsi nəyin bahasına olursa-olsun işğal olunan ərazini geri qaytaracaq.
Qeyd edək ki, Colan Təpələri 1967-ci ildə “altıgünlük müharibə”nin gedişatında İsrail tərəfindən işğal olunub. İsrail 1981-ci ildə Colan təpələrini öz ərazisinə qatıldığını rəsmən elan edib.
Ömər Dağlı
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO