PKK-nın son durumu - FOTOLAR/VİDEO
Bizi izləyin

Dünya

PKK-nın son durumu - FOTOLAR/VİDEO

Türkiyənin təhlükəsizlik güclərinin ölkənin cənubi-şərqində apardığı anti-terror əməliyyatları nəticəsində PKK terror təşkilatının sıraları sürətlə seyrəlir.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, təhlükəsizlik güclərinin əməliyyatları qarşısında duruş gətirə bilməyən terrorçular kütləvi şəkildə təslim olmaya başlayıb.

Son olaraq Hakkari vilayətinin Yüksekova mahalında anti-terror əməliyyatların başa çatması ilə böyük bir terrorçu qrupu təhlükəsizlik güclərinə təslim olub. Mahalda 43 gün davam edən əməliyyatlarda 196 terrorçu öldürülüb.

Qeyd edək ki, Türkiyə Silahlı qüvvələrı Baş qərargahının daha əvvəl açıqladığı məlumata görə, PKK terror təşkilatına qarşı əməliyyatların başlandığı 24 iyul 2015-ci il tarixindən bu yana 3953 terrorçu öldürülüb. Ölkə daxilində 2109 terrorçu öldürülüb, 106-sı yaralanıb, 3081 terrorçu sağ ələ keçirilib.

Ölkə xaricində öldürülən terrorçuların sayı isə 1844-dür. Ölkə xaricində aparılan əməliyyatlarda 500 terrorçu yaralanıb. Türkiyə təhlükəsizlik gücləri əməliyyatlarda 393 şəhid verib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm