İran 22 əsgərini itirdi – VİDEO
Bizi izləyin

Dünya

İran 22 əsgərini itirdi – VİDEO

İran son iki gündə Suriyada baş verən qarşıdurmalarda ikisi xüsusi təyinatlı olmaqla 22 əsgərini itirib.

Publika.az xəbər verir ki, bu barədə yarırəsmi “Fars” xəbər agentliyi bildirib. Öldürülənlərdən 20-si əfqan əsilli döyüşçüdür. Digər ikisi isə İranın Suriyaya göndərdiyi xüsusi təyinatlı 65-ci briqadanın üzvləridir. İran quru qüvvələrinin generalı Əli Araste iki həftə əvvəl ölkədə “yaşıl berelilər” kimi tanınan 65-ci briqadanın Suriyaya göndərildiyini açıqlamışdı.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm