ABŞ-dan ŞOK ƏMR: Bir İŞİD üzvü üçün 10 dinc vətəndaşı öldürün! - VİDEO
Bizi izləyin

Dünya

ABŞ-dan ŞOK ƏMR: Bir İŞİD üzvü üçün 10 dinc vətəndaşı öldürün! - VİDEO

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) İŞİD terror təşkilatı ilə mübarizə şərtlərini sərtləşdirir.

Publika.az xəbər verir ki, “USA Today” nəşri Pentaqonun 6 səlahiyyətlisinə istinadən şok bir iddia ilə çıxış edib.

İddiaya görə, Pentaqon İŞİD-in məhv edilməsi məqsədi ilə İraq və Suriyada təşkil etdiyi hava hücumlarında dinc vətəndaşların həyatının daha çox riskə atılmasına icazə verib. Mənbələr qeyd edir ki, ABŞ qırıcıları bir İŞİD üzvünün məhv edilməsi üçün lazım olarsa, 10 dinc vətəndaşı öldürə biləcək.

Qeyd edək ki, hazırda İŞİD-in nəzarətində olan bir çox yaşayış məntəqələrinin azad olunmasında əsas çətinlik həmin məntəqələrdə yüz minlərlə dinc vətəndaşın yaşamasıdır. Bu baxımdan 2014-cü ilin yayından İŞİD-in əlində olan İraqın ikinci ən böyük şəhəri Mosul xüsusi seçilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm