Lavrovdan canlı yayımda Türkiyəyə Qarabağ ittihamı: “Bu, müharibəyə çağırışdır”
Bizi izləyin

Dünya

Lavrovdan canlı yayımda Türkiyəyə Qarabağ ittihamı: “Bu, müharibəyə çağırışdır”

İrəvanda səfərdə olan Rusiya xarici işlər naziri Sergey Lavrov Qarabağla bağlı Türkiyəni ittiham edib.

Publika.az xəbər verir ki, S. Lavrov Türkiyənin bəyanatlarının Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə aparmadığını deyib.

“Türkiyənin bəyanatları müharibəyə çağırışdır. Hesab edirəm ki, Türkiyə rəhbərliyinin dodaqlarından səslənən bəyanatlar tamamilə qəbuledilməzdir. Bu, münaqişənin güc yolu ilə həllinə çağırışdır və ATƏT-in Mİnsk qrupu həmsədrlərinin mövqeyinə ziddir”.

S. Lavrov ittihamlarını davam etdirərək, qeyd edib ki, biz artıq Türkiyə rəhbərliyinin oyunlarına öyrəşmişik.

***

“Moskva Dağlıq Qarabağda 1994-cü ildə bağlanmış atəşkəs sazişlərinə ciddi riayət olunmasının tərəfdarıdır”.

Publika.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə hazırda İrəvanda olan Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

Onun sözlərinə görə, Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına hansı dövrün başladığını başa düşür: “Rusiya və şəxsən prezidenti Vladimir Putin atəşin dayandırılması üçün səylərini ortaya qoydu. İndi prioritet məsələ atəşkəs razılaşmasına ciddi əməl olunmasıdır”.

Lavrov qeyd edib ki, Moskva münaqişənin həlli ilə bağlı hə şeyə hazırdır.

***

İrəvanda səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrov erməni həmkarı Edvard Nalbandyanla mətbuat konfransı keçirib.

Publika.az Ermənistan mediasına istinadən xəbər verir ki, mətbuat konfransı ilə Lavrovun ikigünlük səfərinə yekun vurulub.

Məlumata görə, Lavrovun Edvard Nalbandyan və Ermənistan prezidenti Serj Sarkisyanla danışıqların əsas mövzusu Dağlıq Qarabağda münaqişəsinin nizama salınması olub.

Asif, Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm