Məscid partladıldı - ən azı 25 ölü
Bizi izləyin

Dünya

Məscid partladıldı - ən azı 25 ölü

İraqın paytaxtı Bağdadın cənubi-qərbində yerləşən məscidlərdən birində partlayış törədilib.

Publika.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, partlayış nəticəsində ən azı 25 nəfər həlak olub.

Partlayış kamikadze tərəfindən törədilib. Terror aktına görə hələ heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməyib.

Digər bir məlumata görə, Bağdadın ətrafında İŞİD terror qruplaşması ilə toqquşmalarda 11 hərbçi həyatını itirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm