“Əl-Qaidə”nin sponsoru həbs olunub
Bizi izləyin

Dünya

“Əl-Qaidə”nin sponsoru həbs olunub

Pakistan hüquq-mühafizə orqanları “Əl-Qaidə” terror təşkilatını maliyyələşdirməkdə şübhəli bilinən Abdul Raxman Sindxi Kəraçi şəhərində həbs edib.

Polisin yaydığı məlumata görə, maliyyəçinin adı artıq dörd ildir BMT Təhlükəsizlik Şurasının sanksiya siyahısında yer alıb.

Məlumata görə, Abdul Raxman “Əl-Qaidə”nin məhv edilən lideri Usama bin Laden və onun işini davam etdirən Ayman az-Zəvahiri ilə dəfələrlə görüşüb.

A.Raxman “Əl-Qaidə” təşkilatından əvvəl də Pakistanda fəaliyyət göstərən terrorçu qruplaşmalarını maliyyələşdirməkdə ittiham edilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm