Paris Razılaşması imzalandı - Azərbaycan qol qoydu
Bizi izləyin

Dünya

Paris Razılaşması imzalandı - Azərbaycan qol qoydu

Nyu-Yorkda, Birləşmiş Millətlər Təşkilatının Mənzil (Baş) Qərargahında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Paris Razılaşmasının imzalanma mərasimi keçirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Publika.az-a verilən məlumata görə, sənədi 171 ölkənin hökumətləri adından dövlət və hökumət rəhbərləri, xarici işlər, ətraf mühit nazirləri imzalayıb.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Paris Razılaşmasını Azərbaycan Respublikası Hökuməti adından, Prezident İlham Əliyevin tapşırığı ilə Ekologiya və Təbii Sərvətlər naziri Hüseyn Bağırov imzalayıb.

Qeyd edək ki, Paris Razılaşması 12 dekabr 2015-ci ildə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına üzv ölkələrin 21-ci konfransında qəbul olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm