Türkiyənin Marseldəki Konsulluğuna hücum: Bayraq yandırıldı...
Bizi izləyin

Dünya

Türkiyənin Marseldəki Konsulluğuna hücum: Bayraq yandırıldı...

Türkiyənin Marseldəki Baş Konsulluğuna 2 nəfər naməlum şəxs hücum edib.

Publika.az “France 3 Provence-Alpes” telekanalına istinadən xəbər verir ki, gecə saat 23:30 radələrində naməlum şəxslər əllərində olan “Molotov kokteyli”ni konsulluq binasına atıblar.

“Molotov kokteyli” konsulluq binası üzərində asılmış Türkiyə bayrağının dirəyinə dəyib. Bu zaman Türkiyə bayrağı yanıb.

Hücum edən şəxslər daha sonra avtomobillə hadisə yerindən qaçıblar.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm