Rusiya şərqdə müharibə təlimlərinə başladı
Bizi izləyin

Dünya

Rusiya şərqdə müharibə təlimlərinə başladı

Rusiya Silahlı Qüvvələri Ukrayna sərhədinə yaxın olan və Azov dənizi sahilində yerləşən Primorski vilayətində genişmiqyaslı hərbi təlimlərə başlayıb.

Publika.az Rusiya mediasına istinadən xəbər verir ki, hərbi təlimlərdə 3 min şəxsi heyət və 800-dən çox hərbi texnika cəlb olunub.

Təlimdə iştirak edən hərbi texnikalar arasında artilleriya, Rusiya hərbi hava qüvvələrinə məxsus döyüş təyyarələri və helikopterləri üstünlük təşkil edir.

Rusiya Müdafiə Nazirliyinin Şərqi cəbhəsi üzrə sözçüsü Roman Martov bildirib ki, təlimlərdə şərti olaraq iki piyada briqadası bir-biri ilə döyüşür: "Plana uyğun olaraq bu briqadalardan biri hücum edir, digəri isə müdafiə olunur. Təlimlərdə 800-dən çox hərbi təchizat, “Mi-8AMTSh” döyüş helikopterləri, hücum, bombardmançı və kəşfiyyatçı təyyarələr, pilotsuz uçan aparatlar iştirak edir”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm