Lavrov Ermənistandan Ağrı dağının şəklini niyə çəkdi? - FOTO
Bizi izləyin

Dünya

Lavrov Ermənistandan Ağrı dağının şəklini niyə çəkdi? - FOTO

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistana səfərində Ağrı dağının qarlı zirvəsinin şəklini mobil telefonu ilə çəkib.

Publika.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova “Facebook” səhifəsində yazıb.

O, Lavrovun səfərlər zamanı nadir hallarda şəkil çəkdiyini bildirib.

“Ağrı dağı bu gün ovsunlayıcı idi. Sergey Lavrov özünü saxlaya bilmədi və dağın fotoşəkilini çəkdi”, - Zaxarova qeyd edib.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü şəkillə bağlı gələn şərhlərə də cavab yazıb: “Bir hekayə var. Bir vaxtlar Türkiyə rəhbərliyi Ermənistan Sovet Sosialist Respublikasının bayrağında Ağrı dağı şəklinin olmasına reaksiya verərək “Ağrı dağı Ermənistan torpaqlarında deyil. O halda dağ Ermənistan bayrağında niyə əksini tapıb?” demişdi. SSRİ-nin xarici işlər naziri Çiçerin də Türklərə “Türk bayrağında da aypara şəkli var. Ay bildiyim qədər Türkiyənin parçası deyil” cavabını vermişdi”.

Məlumatlara görə, ermənilər ilk dəfə Ağrı dağından simvol kimi 1918-ci ildə yaradılan erməni-daşnak hökumətinin gerbində istifadə ediblər. Simvol 1922-ci ildən Zaqafqaziya Sovet Federativ Sosialist Respublikasının, 1937-ci ildən Ermənistan SSR-nin, nəhayət SSRİ dağılandan sonra Ermənistanın gerbində təsvir edilib.

Onu da qeyd edək ki, Lavrov milliyətcə Tiflis ermənisidir, onun atasının soyadı Kalantarov və ya Kalantaryan olub. Rusiya XİN-in saytında isə Lavrovun rus olduğu göstərilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm