Ruhani: “İŞİD iki dövlət qurardı, əgər...”
Bizi izləyin

Dünya

Ruhani: “İŞİD iki dövlət qurardı, əgər...”

“İranın müdaxiləsi olmasaydı İŞİD terror təşkilatı Suriya və İraqda iki dövlət qura bilərdi”.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, bunu İran prezidenti Həsən Ruhani Tehranda təşkil edilən Beynəlxalq Ətraf, Din və Mədəniyyət Seminarında deyib.

“İran olmasaydı, bu gün Dəməşq və Bağdadı İŞİD idarə edərdi. Terrorçular Dəməşq və Bağdaddakı hökumətləri devirməyə çalışanda, İran qonşularının kömək istəyinə müsbət cavab verdi. İran olmasaydı, İŞİD-in dövlət planı reallaşacaqdı və bu gün bir terror qruplaşması əvəzində terror dövlətləri ilə qarşı-qarşıya qalacaqdıq”, - İran prezidenti bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm