• USD 1,7000 0,00% EUR 2,0006 -0,83%
    • GBP 2,1796 -1,06% RUB 0,0223 -0,90%

Əsəd Suriyada kürdlərlə razılaşdı - VİDEO

  • Dünya
  • 24 Aprel 2016 03:14
  • 1 022 Baxış
Əsəd Suriyada kürdlərlə razılaşdı - VİDEO

Suriya ordusu və rejim tərəfdarı qruplar arasında Qamışlı şəhərində atəşkəs razılaşması əldə edilib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, tərəflər mübahisəli mövzularla əlaqədar danışıqları davam etdirir.

Məlumata görə, Qamışlıda ordunun nəzarətində olan aerodromda bir araya gələn tərəflər mübahisəli məsələlərlə əlaqədar son razılaşma əldə olunana kimi atəşkəsə riayət edəcəklərini bildiriblər.

Qeyd edək ki, vətəndaş müharibəsi illərində maraqları bir çox hallarda üst-üstə düşən və gizli sövdələşmələrlə cəbhədə birlikdə hərəkət edən Bəşər Əsəd rejimi ilə PYD (PKK terror təşkilatının Suriya qolu) son vaxtlar qarşı-qarşıya gəlib. Əsəd ilə PYD-nin toqquşmasının səbəbi ölkənin şimalındakı neft yataqları olduğu bildirilir. Məlumata görə, Qamışlı bölgəsində muxtariyyət elan edən PYD-nin buradakı neft ehtiyatlarına da sahib olmaq istəyi Dəməşq rejiminin maraqlarına uyğun gəlməyib.

Qarşıdurmalarda indiyə kimi 10 rejim əsgəri və 25 YPG döyüşçüsü ölüb.

Ömər Dağlı

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR