Çubarov: “Krımı bu batalyon azad edəcək”
Bizi izləyin

Dünya

Çubarov: “Krımı bu batalyon azad edəcək”

“Noman Çələbixan adına “Krım” batalyonu Krım yarımadasına müdaxilə zamanı əvəzedilməz olacaq”.

Publika.az xəbər verir ki, bunu “Apostrof” nəşrinə müsahibəsində Krım-Tatar Məclisinin lideri, Ukrayna Ali Radasının deputatı Refat Çubarov deyib.

“Krımın qaytarılması dəqiqəsində “Krım” batalyonu əvəzolunmaz olacaq”, - Çubarov bildirib.

Daha əvvəl isə Çubarov bildirib ki, Krım yalnız hərbi ssenari ilə azad edilə bilməz. Onun sözlərinə görə, bunun üçün siyasi, iqtisadi, diplomatik və hərbi amillər bir arada olmalıdır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm