Yezidilər etiraz edir: Bizi təhqir etməyin
Bizi izləyin

Dünya

Yezidilər etiraz edir: Bizi təhqir etməyin

Yezidilər etiraz edir: Bizi təhqir etməyin

Ermənistan parlamentinin Etika Komissiyası Ermənistan yezid icmasının şikayətini araşdırmağa başlayıb. Publika.Az BBC-yə istinadən xəbər verir ki, yezidi( satanizmə yaxın dinə sitayiş edən kürdilli konfessiya-red.) icması, onların milli ləyaqətini təhqir etdiyinə görə, deputa Manvel Badeyanın üzr istəməsini tələb edirlər.

Ermənistan yezidi icmasını hakim Respublikaçılar Partiyası parlament fraksiyasının üzvü Manvel Badeyanın, yezidilərin ünvanına onların fikrincə, həqarətli ifadəsi hiddətləndirib.

Yerli televiziya kanallarından birində “Nə? Harada? Nə vaxt?” verilişində iştirak edən M.l Badeyan jurnalistlərdən birinin: “Ermənistan televiziyasında rus dilində aparılan verilişin Ermənistan hökuməti tərəfindən maliyyələşdirilməsi düzgündürmü?” - sualını cavablandıran millət vəkili deyib: “Elə bilirsən, jurnalistsənsə axmaq sual verməyə ixtiyarın var? Doğurdanmı, belə səviyyəsizsən? Küçədə dayanan yezidi belə sual versəydi, təəcüblənməzdim”.

Ermənistanda yaşayan 40 minlik yezidi icması deputatın bütün yezidiləriı təhqir etdiyini bildirirlər. "Sincar" Yezidilər Birliyinin rəhbəri Boris Tamoyan deyir ki, deputat yezidilərdən üzr istəsə belə, onlar şikayət ərizəsini geri götürməyəcək:“Biz istəyirik ki, hökuməti təmsil edən Etika Komissiyası bu fakta qiymət versin. Bizim üçün bu vacibdir. Üzr istəməsi artıq gecdir”.

Bazar ertəsi Etika Komissiyası yezidi icmasının şikayətini araşdırıb və növbəti iclasda M. Badeyanın izahatını dinləməyə hazırlaşır.M. Badeyan daha əvvəl bəyan edib ki, yezidləri təhqir etmək fikri olmayıb, “küçələri süpürən yezidiləri” nəzərdə tuturmuş və qeyd edib ki, “jurnalistlərin səviyyəsi daha yüksək olmalıdır”.

Deputatın vəkilinin bu izahatı yezidləri daha da hiddətləndirib, deyir Yezidilərin Milli Komitəsinin təmsilçisi Saşik Sultanyan:“Manvel Badeyan öz izahatında peşman olduğunu bildirməyib, sadəcə eyni fikrini başqa formada ifadə edib. Bizi indi onun nə nəzərdə tutduğu maraqlandırmır. Biz bu fakta rəsmən qiymət verilməsini istəyirik”.

Deputat isə mətbuata açıqlamasında üzr istəmək niyyətində olmadığını bildirib və deyib ki, “heç bir yezidini təhqir etmək” istəməyib.

Aydəmir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm