Almaniya Türkiyədə hərbi baza tikəcək
Bizi izləyin

Dünya

Almaniya Türkiyədə hərbi baza tikəcək

Bundesver (Almaniya silahlı qüvvələri) Suriyada “İslam dövləti”nə (İŞİD) qarşı mübarizə üçün Türkiyənin İncilik bazasında özünün şəxsi bazasını inşa etməyi planlaşdırır.

Publika.az xəbər verir ki, bu barədə “Spiegel Online” nəşri Bundesverin daxili sənədlərinə istinadən məlumat yayıb.

Berlin şəxsi uçuş sahəsi, alman əsgərləri üçün yaşayış binaları və poliqonun tikintisinə təxminən 65 milyon avro ayırmağı planlaşdırır. Bundan başqa, Bundesver bazada alman əsgərlərinin uzunmüddətli qalması üçün Ankara ilə danışıqlar aparır. Bazada “Tornado” kəşfiyyat təyyarələrinin yerləşdirilməsi planlaşdırılır.

Plana əsasən, bazanın tikintisi üzrə layihələrin əksəriyyəti 2017-ci ilin yayında başa çatdırılmalıdır.

Bundesver indiyə qədər Türkiyədə NATO üzrə partnyor olaraq müvəqqəti yerləşir. Hazırda Türkiyədə təxminən 200 alman əsgəri var. “Tornado” kəşfiyyat təyyarələri Suriyanın üzərində gündəlik kəşfiyyat missiyası həyata keçirir. Nəşrin əlinə düşən sənədlərə görə söhbət uzunmüddətli missiyadan gedir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm