Türkiyədə “şən skelet” mozaikasını tapdılar
Bizi izləyin

Dünya

Türkiyədə “şən skelet” mozaikasını tapdılar

Türk arxeoloqları təxminən 2400 il yaşı olan unikal yunan mozaikasını tapıblar.

Publika.az xəbər verir ki, bu haqda “Hurriyet Daily News” nəşri yazıb.

Suriya ilə sərhəddə yerləşən Hatay vilayətində tapılan mozaikada əlində şərab butulkası və çörək olan skelet təsvir edilib. Mozaikada qədim yunan dilində olan yazı verilib: “Həyatla şənlən və həzz al”.

Hatay Arxeologiya Muzeyinin alimlər hesab edirlər ki, mozaikanın tapıldığı bina qədim yunan-roma meqapolisi olan Antioxiyada yerləşirdi. Antioxiyanın əsası bizim eradan əvvəl 300-cü ildə Makedoniyalı Aleksandrın varislərindən biri tərəfindən qoyulub.

Antioxiya Şərq və Qərb arasında ticarətə nəzarət edirdi. Meqapolisin çiçəklənməsi illərində orada 500 mindən çox insan yaşayırdı. Məhz Antioxiyada ilk dəfə İsanın şagirdlərinə “xaçpərəstlər” adı verilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm