Rusiyalı professor kürdləri məyus etdi
Bizi izləyin

Dünya

Rusiyalı professor kürdləri məyus etdi

“Kürdlər müstəqil dövlət fikrindən imtina etməlidir”.

Publika.az Türkiyənin “Akşam” nəşrinə istinadən xəbər verir ki, bunu Suriyada yeni konstitusiyanı hazırlayacaq heyətdə yer alacaq rusiyalı professor Sergey Çurkin deyib.

Rusiyanın ən təcrübəli beynəlxalq konstitusiya hüququ mütəxəssislərindən olan Çurkin qeyd edib ki, Moskva və Vaşinqton federal və əyalətlərdən qurulacaq bir dövlət modelinə müsbət baxır. Onun sözlərinə görə, müxalifət və kürd qrupları siyasi boşluq və xaos mühitində əldə etdiklərindən imtina etmək məcburiyyətində olduqlarını başa düşməlidir. Rusiyalı professor vurğulayıb ki, nə müxalifət, nə də kürd qrupların torpaq qazancları konstitusiyada qəbul edilə bilməz.

Sergey Çurkin Suriya ordusunun yaradılmasının iki ölkənin ortaq prioritetləri arasında olacağını bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm