Rusiya ilə Suriya arasında böyük anlaşma
Bizi izləyin

Dünya

Rusiya ilə Suriya arasında böyük anlaşma

Suriya baş naziri Vail Nadir Halki Rusiya ilə 850 milyon avro dəyərində müqavilə imzaladıqlarını açıqlayıb.

Avropa.info xəbər verir ki, rus mediasına danışan Halki Rusiya ilə ən müxtəlif sahələrdə müqavilələr imzaladıqlarını bəyan edib:

"Rusiya Suriyanın müharibə səbəbilə zərər görən infrastrukturunun yenilənməsinə diqqət göstərdi. Bu çərçivədə bir çox müqavilələr imzalandı. Bunların arasında 600 və 250 milyon avroluq iki müqavilə də var".

Halki kənd təsərrüfatı və enerji sahələrindəki layihələri üçün Rusiyadan maliyyə yardımı gözlədiklərini ifadə edərək, rus firmalarını enerji, neft emalı zavodu tikmək kimi layihələrə qoşulmağa çağırıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm