Erməni analitik: “İrəvan seçim qarşısındadır: zibil vedrəsi, yoxsa...”
Bizi izləyin

Dünya

Erməni analitik: “İrəvan seçim qarşısındadır: zibil vedrəsi, yoxsa...”

“Yeni administrasiyanın hakimiyyətə gəlişi ilə ABŞ-ın xarici siyasəti qəti şəkildə dəyişəcək. Bu, Cənubi Qafqaza da aiddir. Konkret ölçülərin müəyyənləşdirilməsi post-sovet ölkələrinin özünü necə aparmasından asılı olacaq. Bu ölkələrə münasibət Rusiyadan heç də daha yumşaq olmayacaq”,

Publika.az xəbər verir ki, bu fikirləri erməni analitik İqor Muradyan “Lragir” nəşrində yazıb.

O, ABŞ-ın yeni administrasiyasının hədəfində Rusiyanın bir sıra müttəfiqləri ilə yanaşı Ermənistanın da olacağını düşünür.

Analitikin yazdığına görə, ABŞ-ın yeni administrasiyası dövründə İrəvan zibil vedrəsinə atılmaması üçün NATO-nun yeni proqramını qəbul etməlidir. İqor Muradyan əmindir ki, Ermənistanın istənilən siyasi rəhbərliyi bu proqramı gec-tez qəbul edəcək.

“Ermənistanı idarə edən rejimin qarşısında seçim dayanır: dinclikdən uzaqlaşmaq və ya NATO-nun yeni proqramını qəbul etmək”, - erməni analitik vurğulayıb.

Onun sözlərinə görə, Rusiyanın qalan dünyadan təcrid edilməsi hazırda ABŞ üçün ən əhəmiyyətli məsələyə çevrilib. Analitik bildirir ki, bunun üçün “ ac Rusiya”nın maraqlarının əksinə olaraq Avrasiyanın cənub regionlarında bir sıra partnyorlar əldə etmək və burada Amerika hərbi bazalarını qurmaq lazım olacaq.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm