İraqda rus hərbi mühəndis öldürülüb
Bizi izləyin

Dünya

İraqda rus hərbi mühəndis öldürülüb

İraq Əl-Kut hərbi hava bazasında işləyən Rusiya mühəndisi öz otağında ölü tapılıb.

Publika.az xəbər verir ki, bu haqda İraqdakı mənbələrinə istinadən Almaniyanın DPA agentliyi bildirib.

Onların məlumatlarına görə, həlak olan rusiyalı hərbi təyyarələrin texniki xidməti ilə məşğul olub.

Rusiyanın Bağdaddakı səfirliyi də mühəndisin ölümünü təsdiqləyib. Səfirliyin mətbuat attaşesi Aleksandr Kozin “İnterfaks” agentliyinə bildirib ki, hazırda hadisənin baş vermə şəraiti araşdırılır.

DPA-nın məlumatına görə, mühəndisin ölüm səbəbi hələlik məlum deyil. Onun bədənində zorakılıq əlamətləri aşkar edilməyib.

Hərbi hava bazası Bağdaddan 180 kilometr cənubi-şərqdə, Vasit vilayətində yerləşir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm