“Fırtına” 11 İŞİD üzvünü məhv etdi - VİDEO
Bizi izləyin

Dünya

“Fırtına” 11 İŞİD üzvünü məhv etdi - VİDEO

Türkiyə ordusu İŞİD-in Suriyadakı mövqelərini "Fırtına" özüyeriyən topları ilə vurub.

Publika.azTürkiyə mediasına istinadən xəbər verir ki, zərbələr nəticəsində Türkiyə sərhədinin 12 kilometrliyində yerləşən İŞİD-in mövqeləri məhv edilib.

Bundan başqa, İŞİD-in 11 üzvü öldürülüb.

Məlumata görə, İŞİD-in istifadə etdiyi 3 mərtəbəli bir bina da dağılıb. Vurulan binanın çökdüyü, dağıntıların altında qalan çoxlu sayda İŞİD üzvünün taleyindən hələ məlumat olmadığı bildirilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm