• USD 1,7000 0,00% EUR 2,0006 -0,83%
    • GBP 2,1796 -1,06% RUB 0,0223 -0,90%

Çində təcili yardım maşınlarına taksi sayğacları quraşdırılacaq

  • Dünya
  • 27 Aprel 2016 09:11
  • 646 Baxış
Çində təcili yardım maşınlarına taksi sayğacları quraşdırılacaq

Çinin paytaxtında təcili tibbi yardım maşınlarına taksi sayğacları quraşdırılacaq.

Publika.az BBC-yə istinadən xəbər verir ki, bununla hökumət təcili tibbi yardım xidmətinin bahalığından gileylənən yerli sakinlərin narazılığını azaltmağa çalışır. May ayından başlayaraq, xəstələr ambulanslara 3 kilometrlik daşıma üçün 50 yuan (8 dollar), sonrakı hər kilometr yola isə 7 yuan ödəməli olacaq, the Beijing Morning Post qəzeti yazır.

Ambulans çağrılıb, lakin sonradan lazım olmursa, bu halda da təcili tibbi yardım maşınını çağıran 50 yuan ödəməli olacaq.

İndiyədək ambulans sürücüləri ödəniş məbləğini özləri müəyyən edirdilər.

Çin mətbuatının yazdığına görə, bu ilin fevral ayında Shandong rayonundan olan bir sakin, xəstə atası ambulansla 80 km uzaqlıqda yerləşən xəstəxanaya aparıldığı üçün, təcili tibbi yardıma 3,600 yuan (550 dollar) məbləğində hesab ödəmək tələbilə üzləşib.

Pekində bu məbləğdə pul orta əmək haqqının yarısına bərabərdir.

Sosial media istifadəçilərinin əksəriyyəti üçün təcili tibbi yardım xidmətinin pullu olması gözlənilməz olub.

"Mən həmişə düşünmüşəm ki, ambulanslar pulsuz daşıyır”, - Sina Weibo mikrobloq saytında müəlliflərdən biri yazıb.

Çoxları düşünür ki, təcili tibbi yardım üçün pul almaq qeyri-etikdir.

Digərləri isə hesab edir ki, sayğaclar işi səmərli qurmağa kömək edəcək. Lakin bəziləri düşünür ki, sayğac qoyulduqdan sonra sürücülər daha çox qazanmaq məqsədilə pasiyentləri xəstəxanaya uzun yollarla aparmağa başlayacaqlar.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR