• USD 1,7000 0,00% EUR 1,9854 -0,77%
    • GBP 2,1620 -0,81% RUB 0,0223 0,00%

İran: Bəşər Əsədə alternativ görmürük

  • Dünya
  • 27 Aprel 2016 18:35
  • 570 Baxış
İran: Bəşər Əsədə alternativ görmürük

İran Suriya prezidenti postunda Bəşər Əsədə alternativ görmür.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu Tehran universitetlərindən birində çıxış edən İran xarici işlər nazirinin müavini Hüseyn Əmir Abdullahiyan deyib.

Eyni zamanda, iranlı diplomat qeyd edib ki, İran ömürlük prezidentlik ideyasını dəstəkləmir.

Qeyd edək ki, sülh danışıqları üzrə Suriya müxalifətinin Ali Komitəsi Bəşər Əsədin hakimiyyətdən gedişində təkid edir.

Aprelin 22-də başa çatan Körfəz Əməkdaşlıq Şurası-ABŞ sammitinin yekun bəyannaməsində isə Bəşər Əsədin siyasi taleyi əksini tapıb. Ərəb ölkələri və Vaşinqton Suriyada Bəşər Əsədsiz siyasi keçid prosesinin həyata keçirilməsi barədə razılaşıb.

“Xmeymim” daxili müxalifət qrupunun lideri İlian Masaad isə bildirib ki, Bəşər Əsədin hakimiyyətdən getməsi ölkənin hissələrə parçalanması ilə nəticələnəcək.

Ömər Dağlı

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR