İŞİD-ə ağır zərbə - 800 milyon havaya uçdu
Bizi izləyin

Dünya

İŞİD-ə ağır zərbə - 800 milyon havaya uçdu

ABŞ hərbi aviasiyası üç həftə əvvəl Mosulda İŞİD terror təşkilatının “bank”ını məhv edib.

Publika.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, “bank”da 150 milyon dollar olub.

Amerikalı general-mayor Piter Qirstenin sözlərinə görə, beynəlxalq koalisiya İŞİD-in anbarları və “banklar”ına ümumilikdə on zərbə endirib. Nəticədə 300 milyondan 800 milyon dollara qədər vəsait məhv edilib.

General bildirib ki, böyük maliyyə problemləri ilə üzləşən İŞİD xarici muzdlulara maaş ödəməkdə çətinlik çəkir. Nəticədə İŞİD-ə qoşulan döyüşçülərin sayı aşağı düşür. Hesablamalara görə, terror təşkilatına bir il əvvəl ayda 1500-2000 nəfər qoşulduğu halda hazırda onların sayı 200-ə qədər azalıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm