İki yaşlı uşaq anasını güllələdi
Bizi izləyin

Dünya

İki yaşlı uşaq anasını güllələdi

ABŞ-ın Viskonsin ştatının Miluoki dairəsində 2 yaşlı uşaq təsadüfən tapança ilə anasını güllələyib.

Musavat.com-un məlumatına görə, qadın güllələnən zaman avtomobil idarə edirmiş və o hadisə yerində ölüb. Silah qadının gözətçi işləyən gənc sevgilisinə məxsus olub.

Məlumata görə, arxa oturacaqda oturan körpə, doldurulmuş tapancanı tapıb və təsadüfən tətiyi çəkib. Güllə oturacağı deşərək 26 yaşlı Patris Praysın belindən dəyib.

Avtomobildə ölmüş qadının anası və daha bir uşaq da olub. Onların heç biri xəsarət almayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm