ABŞ Suriyaya 150 hərbçi göndərib
Bizi izləyin

Dünya

ABŞ Suriyaya 150 hərbçi göndərib

150 ABŞ hərbçisi Suriyanın şimal-şərqində yerləşən Rumeylan şəhərinə gəlib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə hərbi mənbələr bildiriblər.

“Suriyaya 150 ABŞ hərbçisi gəlib. Hərbçilərin bir hissəsi helikopterlər ilə Rumeylana aerodromuna çatdırılıb, digərləri isə İraq ərazisindən Suriyaya keçib. Gələnlərin arasında təlimatçılar və xüsusi xidmət əməkdaşları da var”, mənbə bildirib.

Qeyd edək ki, bu günlərdə ABŞ prezidenti Barak Obama İŞİD-lə mübarizə məqsədi ilə Suriyaya 250 hərbçinin göndərilməsinə qərar verib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm