Qadın kamikadzenin son görüntüləri – VİDEO/FOTOLAR
Bizi izləyin

Dünya

Qadın kamikadzenin son görüntüləri – VİDEO/FOTOLAR

Türkiyənin Bursa şəhərində Ulu Məscidi yaxınlığında özünü partladan qadın kamikadzenin görüntüləri ortaya çıxıb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, görüntülər avtobus terminalındakı təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb.

Görüntülərdə şəhər kənarından gələn kamikadzenin taksi sürücüləri ilə görüşərək onlardan ünvan soruşduğu görünür. Əlində çanta olan qadının ünvanın yazıldığı kağızı sürücüyə verərkən olduqca narahat olması diqqət çəkir. Taksi sürücüsü 25 yaşlarındakı qadını istədiyi ünvana aparır.

Qeyd edək ki, qadın kamikadzenin dünən törətdiyi terror aktı nəticəsində özü ölüb, 23 nəfər yaralanıb. Qadın terrorçu ilə əlaqədar yeni görüntüləri araşdıran polis bir neçə nəfəri saxlayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm