• USD 1,7000 0,00% EUR 1,9775 -0,31%
    • GBP 2,1708 +0,08% RUB 0,0217 -1,84%

“Kreml bunsuz super dövlət olmayacağını bilir”

  • Dünya
  • 29 Aprel 2016 02:12
  • 1 013 Baxış
“Kreml bunsuz super dövlət olmayacağını bilir”

“Moskva Ukraynanı daha yumşaq taktik alətlərin köməyi ilə Rusiyanın orbitində saxlamaq üçün model axtarır”.

Publika.az xəbər verir ki, bunu “Obozrevatel” nəşrinə müsahibəsində Rusiya politoloqu, “Brookings Institution”un böyük elmi işçisi Liliya Şevsova söyləyib.

Onun sözlərinə görə, bu model Qərblə Kremlin yeni qarşıdurmasına səbəb olmamalıdır.

“Xatırlamaq lazımdır ki, Kremlin anlayışında Ukrayna Rusiyanın dövlət quruluşu üçün vacib elementdir. Bu o deməkdir ki, Kreml Rusiyanın Ukraynasız super dövlət olmayacağını düşünür. Rusiya Ukraynasız kiçilən dövlət olacaq. Ukraynanın itirilməsi Rusiya “Qalaktikası”nın sonrakı dağılmasında katalizator rolunu oynaya bilər. Rusiya “Qalaktikası” indiki sistemi dayağıdır”, - Şevsova qeyd edib.

Onun sözlərinə görə, Kreml hazırda gözləmə taktikasından istifadə edərək Ukraynada islahatların uğursuz olacağına və nəticədə Qərbin Kiyevə marağının itəcəyinə ümid edir: “Kreml ümid edir ki, bu vəziyyətdə Qərb Ukraynanı tərk edəcək və yenidən özünün maraqlarını həyata keçirə biləcək. Gözləmək olar ki, Kremlin Ukrayna ilə bağlı taktik alətləri çox müxtəlif olacaq”.

Ömər Dağlı

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR