İtaliya polisi Venesiyalı 24 separatçını həbs etdi
Bizi izləyin

Dünya

İtaliya polisi Venesiyalı 24 separatçını həbs etdi

Aprelin 2-də İtaliya polisi Veneto və Lombardiya regionlarının İtaliyadan ayrılmasını tələb edən separatçı təşkilat üzvlərinin kütləvi həbsini aparıb. 24 separatçıya qarşı silah hazırlama və saxlama, sabitlik pozma, terror ittihamı ilə həbs qərarı çıxarıl

Aprelin 2-də İtaliya polisi Veneto və Lombardiya regionlarının İtaliyadan ayrılmasını tələb edən separatçı təşkilat üzvlərinin kütləvi həbsini aparıb. 24 separatçıya qarşı silah hazırlama və saxlama, sabitlik pozma, terror ittihamı ilə həbs qərarı çıxarılıb.

Daha 27 nəfərin də qarşıda həbs edilmə qərarı çıxarılacağı gözlənilir. Həbs olunanlar arasında Venesiyanı İtaliyadan ayırmaq üçün referendum təklifi ideyasının müəllifi Rochetta Franco da var.

Separatçılar buldozerdən tank duzəldərək etiraz aksiyası keçirmək üçün Venesiyanın San Marco meydanına toplaşmaq fikrində olub. Basqın əsnasında polislər əldə düzəlmə hərbi texnikanı ələ keçirib.

Həbslər parlamentdə keçirilən gizli immiqrasiyanın dekriminallaşdırılması ilə üst-üstə düşüb.

Qeyd edək ki, 2009-cu ildə miqrantlara qarşı çıxarılan pul cəzası qərarın parlament tərəfindən ləğv edilmək perspektivi “Şimal Liqası " tərəfindən yaxşı qarşılanmayıb. Veneto bölgəsinin ayrılması üçün vəkilliyini edən "Şimal Liqası"nın yaradıcısi Franco Rochettadır.

"Biz venediklilərdən haqsız yerə həbs olunanlara həmrəylik göstərmək, Muqəddəs Mark bayrağı altında toplanaraq evlərimizdən bu gün həmin bayrağı asıb dostlarlmıza dəstək olaq. Hakimiyyətin zülmunə dözmək olmaz", - "Şimal Liqası"nın liderlərindən biri Massimo Bitonchi bildirib. /anspress/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm