Yaxın Şərqdə tarazlıq dəyişir – “Mehmetcik” sahəyə enir
Bizi izləyin

Dünya

Yaxın Şərqdə tarazlıq dəyişir – “Mehmetcik” sahəyə enir

Türkiyənin baş nazir Əhməd Davudoğlunun Qətərə səfəri zamanı iki ölkə arasında hərbi razılaşma imzalanıb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, razılaşma Türkiyə Silahlı Qüvvələrinin Qətərdə yerləşdirilməsini nəzərdə tutur.

Qeyd edək ki, Türkiyə Qətərdə hərbi baza quracağı barədə xəbər hələ ötən ilin dekabrında yayılıb. Baza Türkiyənin Yaxın Şərqdəki ilk hərbi bazası olacaq. Bazada bir neçə min əsgərlə yanaşı, hava və dəniz qüvvələri, təlimatçılar və xüsusi təyinatlılar olacaq.

Hər iki ölkənin xarici siyasətində mövqelər üst-üstə düşür. Türkiyə və Qətər Misirdə “Müsəlman Qardaşları” Təşkilatını dəstəkləyib, hazırda isə Suriya rejimini devirməyə çalışan müxalif qüvvələri dəstəkləyir. Hər iki ölkə İranın bölgədə artan nüfuzuna qarşıdır.

İki ölkə həmçinin, Rusiyanın Bəşər Əsədi dəstəkləmək üçün ölkəyə hərbi müdaxilə etməsinə sərt reaksiya verib.

Fars körfəsində yerləşən Qətər regionda Türkiyənin əsas rəqiblərindən olan İranın dəniz qonşusudur.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm