Moskva bu qonşusunu raketlərlə hədələdi
Bizi izləyin

Dünya

Moskva bu qonşusunu raketlərlə hədələdi

Moskva İsveçi yeni raketlərlə hədələyib.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, Federasiya Şurasının müdafiə və təhlükəsizlik komitəsinin sədr müavini Yevgeniy Serebrennikov İsveçin NATO-ya üzv olacağı halda Rusiyanın ən yeni raketlərinin şimal sərhədlərinə yerləşdiriləcəyini bildirib.

Onun sözlərinə görə, Rusiya yeni nəsil raketləri əldə etməyə yaxındır və proses başa çatır. Yevgeniy Serebrennikov NATO-nun raketdən müdafiə sistemlərinin bu raketlərin qarşısını ala bilməyəcəyini bildirib.

“İsveç NATO-ya üzv olacağı halda Rusiya şimal və şimali-qərb sərhədlərində Silahlı qüvvələrinin sayını artıracaq”, - senator xəbərdarlıq edib.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov da İsveçin "Dagens Nyheter" qəzetinə müsahibəsində Stokholmu NATO-ya girməkdən çəkinməyə çağırıb.

“NATO-ya daxil olduqdan sonra təbii ki, İsveçin hərbi infrastruktru alyansın baş komandanına tabe olacaq, ona görə də biz öz şimal sərhədlərimizdə ciddi hərb-texniki tədbirlər görmək məcburiyyətində qalacağıq", - Lavrov deyib.

Xatırladaq ki. krallığın mart ayında açıqladığı xarici siyasət bəyannaməsində ölkənin heç bir hərbi bloka daxil olmağa hazırlaşmadığı bildirilib. Bununla belə, ölkədə sağ mərkəzçi müxalif alyans kimi elə qüvvələr də var ki, İsveçin NATO üzvü olmasına can atır. Alyansın nümayəndələri hökuməti ölkənin hərbi bloklara daxil olmaq məsələsi ətrafında ümummilli diskussiyalar təşkil etməməkdə tənqid atəşinə tuturlar.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm