Oskanyan Qarabağın qaytarılmasına razıdır: Sarkisyanın sonu çatır
Bizi izləyin

Dünya

Oskanyan Qarabağın qaytarılmasına razıdır: Sarkisyanın sonu çatır

Ermənistanın daxili siyasətində Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar məsələsində maraqlı proseslər baş verir.

Publika.az
xəbər verir ki, Serj Sarkisyan danışıqlardan imtina edəndən sonra bir sıra siyasətçilər onun bu fikrinə qarşı çıxıb.

Burada ən diqqət çəkən məqam isə iki gün öncə “Birlik” partiyasını təsis edərək, siyasətə qayıtdığını elan edən keçmiş xarici işlər naziri Vardan Oskanyanın mövqeyidir.

“Serj Sarkisyanın münaqişənin həli ilə bağlı danışıqlar prosesindən imtina etməsi qəbuledilməzdir”, - deyə Oskanyan “facebook” səhifəsində fikirlərini bölüşüb.

Erməni analitik Musa Mikaelyan Oskanyanın bu fikirlərini Ermənistanda Qarabağ məsələsində ikinci cəbhənin yaranması kimi şərh edib.

Onun sözlərinə görə, Oskanyan hazırda Robert Koçaryanla müəyyən əməkdaşlıq edir: “Bu baxımdan, onun sözlərini Koçaryanın da fikir hesab etmək olar. Deməli Qarabağla bağlı fərqli yanaşmanı Koçaryan da sərgiləyir”.

Ekspert Oskanyanın bəyanatının Lavrovun uğursuz İrəvan səfərindən sonra səslənməsinə də diqqət çəkir.

“Maraqlıdır ki, Lavrovun İrəvana gələrək danışıqları canlandıracağı deyilirdi. Amma rəsmi İrəvan açıq şəkildə Rusiyanın planını rədd etdi. Məhz bu prosesdən sonra Oskanyan yeni partiyanı elan etdi və Sarkisyanın mövqeyinin əksinə mövqe nümayiş etdirdi. Onun fikirləri, özünün Qarabağ danışıqlarına razı olması deməkdir. Hesab etmək olar ki, Koçaryan-Oskanyan cütlüyü Rusiyanın planını qəbul etməyən Sarkisyana qarşı birləşir”, - deyə o vurğulayıb.

Erməni ekspert onu da bildirib ki, artıq Ermənistanda Qarabağla bağlı alternativ fikir yaranmaqdadır.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm