ABŞ Qara dənizə əlavə qüvvələr göndərir
Bizi izləyin

Dünya

ABŞ Qara dənizə əlavə qüvvələr göndərir

ABŞ hərbi dəniz donanması Qara dənizdə öz missiyasının vaxtını uzatmaq və ora əlavə hərbi qüvvələr göndərmək barədə qərar verib.

ABŞ hərbi dəniz donanması Qara dənizdə öz missiyasının vaxtını uzatmaq və ora əlavə hərbi qüvvələr göndərmək barədə qərar verib.

Bu barədə Ağ Ev təmsilçisi Coş Ernest bugünkü mətbuat konfransında bəyan edib. Jurnalistlərin suallarına cavab olaraq C.Ernest bildirib ki, ABŞ Avropada ABŞ hərbi kontingentinin gücləndirilməsinə aydınlıq gətirib:

“Biz 6 ədəd F-15s qırıcılarını Baltikdə hava müşahidəsini aparmağa göndərmişik. ABŞ-dan 12 ədəd F-16 hərbi təyyarəsi Polşaya müdafiəni gücləndirmək üçün gedib. Əlavə resurslar da var ki, Qara dənizə ABŞ dəniz donanmasına göndərilib”, - deyə Ağ Ev təmsilçisi deyib.

Qeyd edək ki, C.Ernest “əlavə resurslar” deyəndə nəyi nəzərdə tutduğuna aydınlıq gəıtirməyib./Axar.az/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm