İran “Ettelaat”ı: “Qarabağa müdaxilə...”
Bizi izləyin

Dünya

İran “Ettelaat”ı: “Qarabağa müdaxilə...”

“Moskva Türkiyəni Dağlıq Qarabağda müharibənin başladılmasında maraqlı olmaqda ittiham edir. Halbuki, regionda müharibə Ankaraya da sərf etmir”.

Publika.az xəbər verir ki, bu barədə İranın “Ettelaat” qəzeti yazıb.

Rusiya XİN rəhbəri Sergey Lavrovun İrəvana səfərinə toxunan qəzet rusiyalı diplomatın Sarkisyanla münaqişənin həlli yollarını müzakirə etdiyini qeyd edib.

“Lakin 5 apreldə atəşin dayandırılması ilə bağlı razılaşma artıq pozulub və toqquşmalar davam edir. BMT Baş katibi Pan Gi Mun Minsk qrupunu danışıqlarının bərpası üçün Qarabağ münaqişəsinə müdaxilə etməyə çağırır”, - deyə qəzet bildirir.

“Ettelaat” yazır ki, proseslərin inkişafı regionda ciddi toqquşmalar haqda gözləntiləri artırır.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm