Rusiya ABŞ-ı radioaktiv külə döndərə bilər – Video
Bizi izləyin

Dünya

Rusiya ABŞ-ı radioaktiv külə döndərə bilər – Video

Rusiya ABŞ-ı radioaktiv külə döndərə bilər – Video

Rusiya dövlət televiziyasının aparıcısı Dmitri Kiselyov, homoseksualları damğalayan, Ukraynanın faşistlər tərəfindən idarə olunmasını iddia edən, antiqərb ruhlu ekstravaqant çıxışları ilə tanınır.

Publika.Az BBC-yə istinadən xəbər verir ki, Onu peşə həmkarlarından seçdirən digər məqam jurnalist üçün qeyri-adi sayılan Krımın Rusiya tərəfindən ilhaqından sonra Aİ-nin tətbiq etdiyi sanskiyalara məruz qalmasıdır.

Martın 30-da Kiselyov "Rossiya-1" dövət telekanalında gedən həftəlik "Vesti nedeli" proqramında növbəti antiqərb çıxışı ilə yadda qalıb.Milyonlarla rusiyalılar dünyada baş verən hadisələr barədə dövlət televiziyasından xəbər tuturlar.

Verilişdəki çıxışında Kiseleyov istehza ilə "Barak Obamaya nə olub" sualını səsləndirir. O xatırladır kı, Barak Obamanın reytinqi enməkdə davam edir, president Putinin isə reytinqi əksinə yüksəlir.Kiselyov, ABŞ-ı Suriyadakı terrorçular və Ukraynadakı "faşistlərin" əlilə dünyada inqilab dalğasını yaymaqda günahlandırır.

"Onlar utanmadan hamını güdürlər, dünyaya ağalıq etmək istəyirlər. Lakin məğlubiyyətdən məğlubiyyətə yuvarlanmaqda davam edirlər", Kiselyov vurğulayır.

Bundan əvvəlki proqramda isə, prezident Obamanı məzxərəyə qoyan Kiselyov ağaran saçlarının qüdrətinin zəifləməsinin rəmzi olduğunu bildirmişdi.

Kremlin əsas təbliğatçısı bu zaman bəyan edib ki, dünyada yalnız Rusiya ABŞ-ı "radioaktiv külə" döndərmək qüdrətinə malikdir.

Martın əvvəlində isə Kiselyov Ukraynanı "banditlər" tərəfindən idarə olunan ölkə kimi səciyyələndirmiş, Ukrayna ordusunu zəifliyinə görə lağa qoymuşdu.

O demişdi ki, "Krım hər bir Rusiyalı üçün şəxsi məsələdir", 3 həftə keçmiş isə Krım Rusiya tərəfindən ilhaq edildi.Kiselyovun Ukrayna və Krım mövzusunda çıxışları Kremlin Ukrayna siyasətinə bir növ informasiya hazırlığı funksiyasını yerinə yetirib.

Kiselyov Putinin media əməliyyatının əsas hissəsidir.O, bu yaxınlarda Putin tərəfindən “Russia Today” xəbər agentliyinin rəhbəri təyin olunub.Agentlik qarşısında duran əsas məqsəd dünyada Kremlin yürütdüyü siyasətə bəraət qazandırmaqdan ibarətdir.

Bu təyinat müşahidəçilər tərəfindən birmənalı qarşılanmadı, çünki, cənab Kiselyov həmin ərəfədə homoseksuallara hücumları ilə yadda qalmışdı.

O, hətta verilişlərindən birində homoseksuallara qan və sperma donorluğu etməyi yasaqlamağa çağıraraq homoseksuallar öldükdən sonra onların daxili orqanlarını yandırmağı təklif etmişdi.

Halbuki “Economist” dərgisi Kiselyovu Kremlin "əsas təbliğatçısı" adlandırmışdı.Keçmişdə Kremlə yaxın olmuş politoloq Qleb Pavlovski Dmitri Kiselyovu "Rusofobiya makinası" adlandırmışdsı.

Pavlovskinin təbirincə, Kiselyov və onun həmkarlarının media fəaliyyəti dünyada Rusiya haqqında qorxunc fobiya və əfsanələrin, mənfi rəylərin yaranıb yayılmasına zəmin yaradır.

Bu arada isə Ukrayna rəsmiləri ölkə ərazisində "Rossiya-1" telekanalının verilişlərinin yayımını qadağan edib.

Aİ Kiselyova qarşı Avropa İttifaqı ölkələrinə səyahət etmək qadağası və onun aktivlərinin dondurulması kimi sanksiyalar tətbiq edib.Lakin Rusiyada Kiselyovun nüfuzu və populyarlığı yüksəlişdədir. Rusiya sosioloji agentliklərinin keçirdiyi sorğulara əsasən, Kiselyov ölkənin ikinci ən nüfuzlu və hörmətli jurnalisti sayılmaqdadır.

Rəy sorğuları eləcədə aşkar edib ki, respondentlərin təxminən yarısı dövlət maraqları naminə "məlumatın əhaliyə təhrif olunmuş şəkildə çatdırılmasına" bəraət qazandırmağa hazırdır.

Aydəmir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm