Emomali Rahmon rus soyadlarına qadağa qoydu
Bizi izləyin

Dünya

Emomali Rahmon rus soyadlarına qadağa qoydu

Tacikistan hakimiyyəti yeni pasportlarda rus soyadlarının istifadəsini qadağan edib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, yeni sənədləri alan Tacikistan vətəndaşları onlara yalnız atanın adını və tacik sonluqlarını yazaca biləcəklər.

Yeni qanuna əsasən, soyadlar “zod”, “zoda”, “far” və “yen” tacik sonluqlarının köməyi ilə formalaşdırılacaq. Məsələn, “Karimzod” və ya “Karimzoda”. Yeni qaydanın hədəfi soyadların tacikləşdirilməsidir.

Tacikistan prezidenti Emomali Rahmonov 2007-ci ildə öz adını Emomali Rahmon ilə əvəz edib. Məmurların çoxu ondan nümunə götürüb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm