Minlərlə amerikalının şəxsi məlumatı İŞİD-in əlində
Bizi izləyin

Dünya

Minlərlə amerikalının şəxsi məlumatı İŞİD-in əlində

Nyu-Yorkda hakerlər qrupu minlərlə sakinin şəxsi məlumatlarını oğurlayaraq onları internetdə dərc ediblər. Üstəlik, İŞİD terror qruplaşmasını həmin şəxslərə hücum etməyə çağırıblar.

Publika.az TASS”a istinadən xəbər verir ki, Amerika polisi, habelə Federal Təhqiqat Bürosu şəxsi məlumatları dərc edilmiş şəxslərin təhlükəsizliyinin təminatı məqsədi ilə bir sıra tədbirlərə əl atıb.

İŞİD-ə yaxın olan hakerlər yalnız həmin şəxslərin adlarını internet şəbəkəyə çıxarmaqla kifayətlənməyiblər. Onlar internetə yerləşdirdikləri məlumatlarda həm də Nyu-York sakinlərinin elektron poçtlarını, koordinatlarını da açıqlayıblar.

Qəribədir ki, məlumatları açıqlanan şəxslərin siyahısında ABŞ Dövlət Departamentinin və Müdafiə Nazirliyinin də bəzi əməkdaşlarının adları yer alıb.

Lakin "Reuters" agentliyi yerli mənbələrinin məlumatına əsaslanaraq siyahıdakı bir çox məlumatların artıq köhnəldiyini vurğulayıb. Məsələ burasındadır ki, adları siyahıda olan bəzi insanlar həmin rəsmi orqanlarda işləmirlər.

ABŞ mütəxəssisləri isə bildirirlər ki, məlumatların internetə yerləşdirilməsi təhlükəlidir. Ekspertlərin qənaətincə, bu, İŞİD-in insanları vahiməyə salması məqsədilə həyata keçirdiyi saxta üsuldur.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm