Bəhreyn polisi 11 nəfərlik cinayətkar qrupu zərərsizləşdirdi
Bizi izləyin

Dünya

Bəhreyn polisi 11 nəfərlik cinayətkar qrupu zərərsizləşdirdi

Bəhreyn polisi paytaxt Manamanın yaxınlığındakı Karbabadda polis əməkdaşlarına hücum etmiş şəxsləri saxlayıb.

Publika.az xəbər verir ki, polisə qanlı hücumda iştirak etmiş 11 nəfər tutulub.

Bəhreynin Daxili İşlər Nazirliyinin yaydığı xəbərə görə, cinayəti törətməkdə şübhəli şəxs qismində həbs edilənlərin əksəriyyətini orta məktəb şagirdləri, o cümlədən yuxarı sinif şagirdləri və habelə ali məktəb tələbələr itəşkil edir.

Saxlanan dəstə üzvlərinin bir hissəsi polis patrullarının yerdəyişməsini izləyib, digər hissəsi yandırıcı maddələrin istehsal edirmiş.

Qeyd edək ki, bir neçə gün əvvəl polis əməkdaşlarına hücum nəticəsində bir asayiş keşikçisi həlak olub, iki nəfər isə ağır yaralanıb.

Anar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm