G7 ölkələrinin energetika nazirləri Yaponiyada
Bizi izləyin

Dünya

G7 ölkələrinin energetika nazirləri Yaponiyada

Mayın 1-də Yaponiyanın qərbində yerləşən Kitakyuşu şəhərində G7 ölkələrinin energetika nazirlərinin iki günlük görüşü başlayıb.

Publika.az Azərtac-a isrinadən xəbər verir ki, digər məsələlərlə yanaşı, nazirlər təbii sıxılmış qaz hasilatçılarını və ixracatçı ölkələri məhsulun qiymətinin artımına səbəb olan ticarət praktikasını dəyişmək çağırışı ilə bağlı müzakirələr aparacaqlar.

Hazırda mövcud olan müqavilələrin əksəriyyəti təbii sıxılmış qazı üçüncü ölkələrə təkrar satmağa icazə vermir.

G7 ölkələri nazirlərinin, eyni zamanda ehtiyatların inkişafına investisiyaların yönəldilməsi məsələsini müzakirə edəcəyi də bildirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm