Madriddə 1 May mitinqi keçirilib
Bizi izləyin

Dünya

Madriddə 1 May mitinqi keçirilib

Madridin mərkəzində, Puerto del Sol meydanında 1 May mitinqi keçirilib. Həmkarlar İttifaqlarının təşəbbüsü ilə təşkil edilən mitinqdə çıxış edənlər əsasən iyunun 26-na təyin olunmuş təkrar parlament seçkilərindən danışıblar.

Həmkarlar İttifaqlarının rəhbərləri konkret olaraq heç bir siyasi partiyanın adını çəkməsələr də, insanları mütləq seçkilərdə iştirak edib ölkədə vəziyyəti dəyişməyə çağırıblar. Onlar hakimiyyətdəki Xalq Partiyasını, bütövlükdə siyasi sistemi tənqid ediblər.

Mitinqdə İspaniyanın sol siyasi baxışlı partiyalarının nümayəndələri də iştirak ediblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm