Ərdoğan: “Bu mərhələdən sonra...”
Bizi izləyin

Dünya

Ərdoğan: “Bu mərhələdən sonra...”

“Kimsənin bu millətin dincliyinə, birliyinə və canına qəsd edilməsinə icazə verilməyəcək”.

Publika.az xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Kriter” jurnalının ilk nömrəsinə verdiyi müsahibəsində deyib. PKK məsələsinin həlli prosesinin istismar edildiyini deyən Ərdoğan hazırda əməliyyatlar dövrü olduğunu söyləyib.

“PKK terror təşkilatı güclü əməliyyatlarla qarşılaşanda bəzi xarici dövlətlər, aktyorlar və ya da media üzərindən “silah buraxma” və “yenidən masaya dönmə” kimi müxtəlif mesajlar göndərdilər. Amma bu mərhələdən sonra yeganə həll terror təşkilatının ən kiçik ünsürünün ölkə torpaqlarından tamamilə sökülüb atılmasıdır”, - Türkiyə prezidenti vurğulayıb.

Ərdoğan qeyd edib ki, onu ən çox sevindirən məsələ kürd qardaşlarının terror təşkilatının yanında yer almaması olub.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm