Məxfi sənədlər açıqlandı: “ABŞ Avropanı hədələyir ki...”
Bizi izləyin

Dünya

Məxfi sənədlər açıqlandı: “ABŞ Avropanı hədələyir ki...”

ABŞ Transatlantik ticarət və investisiya əməkdaşlığı (TTIP) üzrə danışıqlar çərçivəsində Avropa Birliyinə ciddi təzyiq göstərir.

Publika.az xəbər verir ki, bu haqda “Green Peace” təşkilatı tərəfindən verilən məxfi sənədlərə istinadən Almaniyanın “Süddeutsche Zeitung” nəşri yazıb.

Nəşrin yazdığına görə, Vaşinqton Avropa Birliyinin Amerikadan daha çox kənd təsərrüfatı məhsulu almasını istəyir. ABŞ bildirir ki, bu edilməyəcəyi halda, Avropa Birliyi ölkələrindən avtomobillərin idxalı dayandırılacaq.

Eyni zamanda ABŞ geni dəyişdirilmiş məhsulları qarşı çıxan Avropa istehlak mərkəzinin siyasətindən narazılıq edir. Vaşinqton tələb edir ki, bu və ya digər məhsullara qadağalar yalnız o halda qüvvədə olsun ki, onların insanların sağlamlığına ziyanı elmi yolla sübut edilsin.

Avropa Birliyi hətta insanların sağlamlığına minimal risk yaradan məhsulların idxalını qadağan edir.

Ekspertlərin fikrincə, ABŞ-ın tələblərinin yerinə yetirilməsi Avropa Birliyində ekoloji vəziyyətə ciddi zərər göstərə bilər. “Süddeutsche Zeitung” nəşrinin yazdığına görə, Avropa Birliyində kosmetikanın istehsalı zamanı 1382 müxtəlif kimyəvi preparatdan istifadə etmək qadağandır, ABŞ-da isə onların sayı 11-dir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm