CİA 28 səhifəlik “sirr”i niyə açıqlamır?
Bizi izləyin

Dünya

CİA 28 səhifəlik “sirr”i niyə açıqlamır?

Amerika Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) direktoru Con Brennan 11 sentyabr 2011-ci il terror aktları haqqında məxfi məlumatların nəşrinə qarşı çıxış edib.

Publika.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, Brennan bu haqda NBC telekanalının efirində deyib.

Onun sözlərinə görə, məxfi məlumatların açıqlanması Vaşinqtona zərər vura bilər. Bəzi məlumatlara görə, məruzənin bu hissəsində Səudiyyə Ərəbistanının hakimiyyəti ilə “Əl-Qaidə” terror təşkilatının əlaqələri haqqında məlumatlar ola bilər. Brennan qeyd edib ki, məxfi materialların nəşri Vaşinqton və Ər-Riyad arasındakı münasibətləri təhlükə altına qoyacaq.

Qeyd edək ki, söhbət 11 sentyabr terror aktları haqqında hesabatın 2003-cü ilində dərc edilməyən 28 səhifəsindən gedir. Güman edilir ki, məruzənin bu hissəsi terror aktlarında “Səudiyyənin izinə” həsr edilib. Sirrin açılması 11 sentyabrda həlak olanların ailələrinin başqa ölkələrə qarşı məhkəmə iddiaları qaldırmağa icazə verən qanunverici aktın qəbuluna gətirib çıxara bilər.

Ötən həftə keçmiş Amerika senatoru, 11 sentyabr komissiyasının həmsədri olmuş senator Bob Qrehem bildirib ki, məruzənin nəşri haqqında qərar iyun ayına kimi prezident administrasiyası tərəfindən qəbul ediləcək. Qrehem hesab edir ki, prezident Corc Buş administrasiyası tərəfindən “məxfiləşdirilmiş” 28 səhifə Səudiyyənin roluna dair ciddi suallar doğurur.

Səudiyyə Ərəbistanı isə ABŞ-ı hədələyərək bəyan edib ki, Konqres “11 Sentyabr” haqqında qanunu (9/11 Bill) qəbul edərsə, Ər-Riyad ABŞ-a qoyduğu 750 milyard dollarlıq investisyanı geri çəkəcək.Söhbət təxminən 750 milyard dollar dəyərində olan ABŞ qiymətli kağızlarının və başqa aktivlərinin satılmasından gedir.

Səudiyyənin qəzəbinə səbəb olmuş qanun layihəsi 2001-ci ilin 11 sentyabrında ABŞ üzərinə edilmiş terror basqınlarına görə məhz bu ölkəni məsuliyyətli etmək məqsədini güdür. “The New York Times” qəzeti yazır ki, Ağ Ev bu qanunun qəbul edilməməsi üçün Konqresə təzyiq göstərir. Amerika hökuməti bu mövqedədir ki, Vaşinqtonun Yaxın Şərqdəki ən yaxın müttəfiqi ilə münasibətlərinin korlanması ölkənin milli təhlükəsizliyinə ciddi hədə ola bilər.

Nyu-York və Texas senatorları Çak Şumer və Con Kornin tərəfindən Konqresə təqdim olunmuş layihəyə görə, söhbət “Amerika torpağında, Amerika vətəndaşlarını öldürmək qəsdində şübhəli bilinən dövlətlərin toxunulmazlığının ləğv olunması”ndan gedir. Bu qanunda heç bir konkret ölkə adı çəkilməsə də, bir çoxları və bəlli olur ki, Səudiyyə Ərəbistanı söhbətin ilk növbədə məhz Səudiyyədən getdiyini düşünür.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm