“Suriyada öl, ailən İran vətəndaşlığı alsın!” – QANUN
Bizi izləyin

Dünya

“Suriyada öl, ailən İran vətəndaşlığı alsın!” – QANUN

İran ölkə daxilində və xaricində qarşıdurmalarda həyatını itirən xarici vətəndaşların ailələrinə vətəndaşlıq verəcək.

Publika.az İranın yarırəsmi “Tasım” agentliyinə istinadən xəbər verir ki, parlamentdə bununla bağlı qanun qəbul edilib.

Tehran Pakistan və Əfqanıstan əsilli çoxlu sayda şiə döyüşçüsünü İslam İnqilabı Keşikçilər Korpusunun tərkibində Suriyaya rejim qüvvələrinin yanında döyüşə göndərir. Qəbul olunan qanuna əsasən, Suriyada Dəməşq rejiminin tərəfində döyüşərək ölən Pakistan və Əfqanıstan vətəndaşlarının ailələrinə ən keci 1 il ərzində İran vətəndaşlığı veriləcək.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm