İŞİD və “Əl Nüsrə” arasında əsrlər dəyişdirildi – İLK DƏFƏ
Bizi izləyin

Dünya

İŞİD və “Əl Nüsrə” arasında əsrlər dəyişdirildi – İLK DƏFƏ

Suriyanın şərqində yerləşən Der Zor əyalətində “Əl Qaidə” təşkilatının Suriya qolu olan “Əl Nüsrə” cəbhəsi ilə İŞİD terror təşkilatları arasında əsirlərin dəyişdirilməsi prosesi baş tutub.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, iki terror təşkilatı arasında 5 ilə yaxın davam edən döyüşlərdə əsirlərin dəyişdirilməsi ilk dəfə reallaşıb.

Əsirlərin dəyişdirilməsi ilə bağlı məlumatı İŞİD terror təşkilatı da təsdiqləyib.

Məlumata görə, “Əl Nüsrə”nin azad etdiyi İŞİD döyüşçülərinin əksəriyyəti əcnəbilərdən ibarətdir. Bu səbəbdən də İŞİD azad olunan əsirlərin kimliyini açıqlamayıb.

İŞİD-in azad etdiyi “Əl Nüsrə” üzvləri isə Hələbin şimalında gedən döyüşlər zamanı əsir düşüblər.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm