Türkiyədən İŞİD-ə sarsıdıcı zərbə
Bizi izləyin

Dünya

Türkiyədən İŞİD-ə sarsıdıcı zərbə

Türkiyə Silahlı Qüvvələri Suriyanın Suran, Arşak, İkdah və İhtimalat bölgələrində İŞİD-ə məxsus hədəflər vurulub.

Publika.az-a xarici mediaya istinadən xəbər verir ki, raket hücumları zamanı ümumilikdə 50 İŞİD terrorçusu məhv edilib, onlarla İŞİD terrorçusu yaralanıb, 63-ü isə zərərsizləşdirilib.

İŞİD hədəfləri “AN/TPQ-36” radar sistemləri ilə aşkar olunub. Daha sonra isə “T-122 Sakarya” və “Fırtına” artilleriya qurğuları ilə İŞİD hədəfləri dəqiqliklə vurulub.

Hərbi əməliyyatlar zamanı İŞİD-ə məxsus onlarla hərbi texnika və silah-sursat da məhv edilib.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm