Deputatlar tankların qarşısında canlı sipər qurdu
Bizi izləyin

Dünya

Deputatlar tankların qarşısında canlı sipər qurdu

Moldovanın Sosialist Partiyasının (PSRM) deputatları ölkəyə daxil olmaq istəyən ABŞ-ın hərbi texnika kolonunun hərəkətinə mane olublar.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə partiyanın lideri İqor Dodon jurnalistlərinə bildirib.

“Sosialist deputatlar “Gənc Qvardiya”nın fəalları ilə birlikdə Skulansk gömrüyündə hərbi texnika kolonunun hərəkət etdiyi yolu bağlayıblar”, - Dodon deyib.

Yol təhlükəsizlik güclərinin müdaxiləsindən sonra açılıb.

Moldovaya gələn hərbi texnika “Dragon Pioneer 2016” təlimlərində iştirak edəcək. Təlimlər mayın 3-dən 20-dək keçiriləcək. Təlimlərdə Moldova ordusunun bölmələri, həmçinin ABŞ-ın 165 hərbi qulluqçusu iştirak edəcək.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm