Dünya
“Resept əməliyyatı” keçirildi: 100-ə qədər həkim, əczaçı tutuldu - VİDEO
İstanbul başda olmaqla Türkiyənin 32 vilayətində “saxta resept” əməliyyatı keçirilib.
Publika.az Türkiyə mediasına istinadən xəbər ki, İstanbul Polis Təşkilatına bağlı polis qruplarının keçirdiyi əməliyyat çərçivəsində 266 ünvana basqın təşkil edilib.
Əməliyyat zamanı aralarında Diyarbəkr Dəclə Universitetinin bir professoru, çoxlu sayda həkim və əczaçı da olmaqla 100-dən çox adam saxlanılıb.
Dərman şəbəkəsi üzvlərinin reseptləri birlikdə çalışdıqları həkimlərə yazdırdıqları, xərçəng, orqan nəqli və diabet kimi xəstəliklərin müalicəsi üçün lazım olan bahalı dərmanları razılaşdıqları apteklərdən alaraq “qara bazar”da satdıqları müəyyən edilib. Şəbəkə üzvlərinin bununla da Sosial Təhlükəsizlik Təşkilatından milyonlarla dollar gizlədikləri bildirilir.
İstintaq zamanı məlum olub ki, şəbəkə üzvləri əldə etdikləri pulların bir hissəsini PKK terror təşkilatına köçürüb. Bəzi dərmanların isə Suriya və Şimali İraqa aparıldığı iddialar edilir.
Ömər Dağlı
-
Magazin111:01
Aktyor xalq artistinə belə cavab verdi: "Bu, onun başı üçün deyil"
-
Magazin110:31
Faiq Brillianta gözlənilməz sözlər dedi: "Allah bircə balasını..." - VİDEO
-
MDB10:21
FTX 5 ildir izləyirmiş: Generalın həbsinin detalları
-
Dünya09:48
İlber Ortaylıdan üzücü xəbər
-
Nida Xəbər 09:06
Köçəryan sərhədin müəyyənləşməsi haqda: Ola bilsin ki, mübahisəli ərazilərdən...
-
İdman08:24
Polis kluba BASQIN ETDİ: iki futbolçu zorlama ittihamı ilə saxlanıldı
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ