Kürdlər AKP-ni hədələdi: “Öz parlamentimizi qurarıq”
Bizi izləyin

Dünya

Kürdlər AKP-ni hədələdi: “Öz parlamentimizi qurarıq”

Türkiyənin Xalqların Demokratik Partiyasının (HDP) həmsədri Səlahəddin Demirtaş parlamentdə toxunulmazlığın ləğvi məsələsini gündəmə gətirən baş nazir, Ədalət və İnkişaf Partiyasının sədri Əhməd Davudoğluya cavab verib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Demirtaş parlamentdən kənarlaşdırıldığı halda öz parlamentlərini quracaqlarını bildirib.

“Bir parlament xalqın iradəsidir. Parlamenti partiyalar deyil, xalq qurar. Xalq istəsə, bir neçə parlament də qurar”, - HDP-nin həmsədri bildirib.

Qeyd edək ki, millət vəkillərinin toxunulmazlığının ləğv olunması məsələsini AKP irəli sürüb. Müvafiq qanun layihəsinin qəbul olunması PKK terror təşkilatını dəstəkləyən HDP-li deputatların cinayət məsuliyyətinə cəlb olunmasına imkan verəcək.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm